Bakı -1˚C Partly sunny

KİV: “Yaponiya şirkətləri Rusiya sularında gəmilərin sığortalanmasını dayandıracaq”

Xəbərlər 07:06 25 dek, 2022
KİV: “Yaponiya şirkətləri Rusiya sularında gəmilərin sığortalanmasını dayandıracaq”

Yaponiyada bir sıra sığorta şirkətləri yanvarın 1-dən etibarən Rusiya sularında bütün gəmilər üçün hərbi əməliyyatlarla bağlı riskləri sığortalamağı dayandıracaq.

Qazet.az xəbər verir ki, bu barədə “Nikkei Asia” agentliyi məlumat yayıb.

“Üç Yaponiya sığorta şirkəti 2023-cü il yanvarın 1-dən etibarən bütün Rusiya sularında gəmiləri müharibə zərərindən sığortalamağı dayandıracaq, belə bir qərarın Yaponiyanın enerji idxalına təsir göstərməsi ehtimalı var”, - qeyd edilib.

Bildirilib ki, bu ölkənin üç əsas sığorta şirkəti – “Tokio Marine & Nichido Fire Insurance”, “Sompo Japan Insurance” və “Mitsui Sumitomo Insurance” müharibə ilə bağlı riskləri üzərlərinə götürməkdən imtina etdiklərinə görə bu qərarlarına dair gəmi sahiblərini məlumatlandırıb.

Bu o deməkdir ki, onlar Rusiyanın heç bir sularında, hətta Ukraynadakı müharibə zonasından xeyli məsafədə olan Uzaq Şərqdə də baş verən müharibə ilə bağlı hər hansı zərəri ödəməyəcək.

Sığorta təminatının olmaması əksər dəniz nəqliyyatı operatorları üçün Rusiya sularında daşımaları çox riskli edəcək. Bu, Rusiyanın “Saxalin-2” layihəsi çərçivəsində həyata keçirilən mayeləşdirilmiş qazın Yaponiya idxalına təsir göstərə bilər.