Kiyev: Bayden Ukraynanın NATO-ya üzvlüyünə zəmanət verdi
Məsələ barədə Andrey Yermak məlumat verib

Ukrayna prezidentinin administrasiyasından bildirilib ki, ABŞ Kiyevi NATO alyansına üzvlüyə əmin edib və Ukrayna prezidenti rusiyalı həmkarı ilə birbaşa danışıqlara hazırdır.
Qazet.az Ukrayna mətbuatına istinadən bu barədə məlumat verib.
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskini Kiyevin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə əmin edib.
Cümə axşamı iki prezident arasında danışıqlardan sonra Yermak deyib ki, Bayden Zelenskiyə Kiyevin NATO hərbi alyansına qoşulmaq təklifinin onun öz əlində olduğuna inandırıb.
“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, o, televiziyaya müsahibəsində məsələni belə izah edib: “Bayden açıq şəkildə bildirib ki, Ukrayna ilə bağlı istənilən qərar və ya müzakirə Ukraynasız qəbul edilə bilməz.
Beyden açıq şəkildə bildirib ki, Ukraynanın NATO-ya birləşmək qərarı yalnız Ukrayna xalqının qərarıdır, çünki Ukrayna müstəqil və suveren bir ölkədir. Təbii ki, bu, Ukraynadan və NATO-dan asılıdır”.