Bakı 6˚C Dreary

Kiyev əmindir: Belarus ərazisindən heç bir hücum olmayacaq

Gündəm 02:34 11 okt, 2022
Kiyev əmindir: Belarus ərazisindən heç bir hücum olmayacaq

Yaxın vaxtlarda Belarus ərazisindən heç bir hücum olmayacaq. Bu fikri Ukrayna Prezident Aparatının müşaviri Aleksiy Aretoviç deyib. 

Qazet.az
bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

"Pis xəbər odur ki, bu yoldaşlar bir ay ərzində 15-20 min nəfərlik səfərbər edilmiş dəstəni oraya sürə bilirlər və bizi hədələmək üçün sərhəddə dayana bilirlər. Müəyyən şərtlər daxilində Putin onları hətta silahsız, birbaşa Kiyevə apara bilər”, – Aretoviç bildirib.