Bakı 28˚C Intermittent clouds

Kiyev OD İÇİNDƏ - Rus xüsusi təyinatlılar həlledici hücuma hazırlaşır

Gündəm 20:25 24 fev, 2022

Ehtimal edilir ki, rus xüsusi təyinatlılar prezident sarayına basqın edəcək.

Kiyev OD İÇİNDƏ - Rus xüsusi təyinatlılar həlledici hücuma hazırlaşır

Ukraynanın paytaxtı Kiyevdə vəziyyət kritik həddə çatıb.

Qazet.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərin strateji hərbi obyektləri dayanmadan bombarıdman edilir. Şəhərdə mülki şəxslər ara-sıra gözə dəyir. Paytaxtda bütünlüklə panika abu-havası hökm sürür.

Saat 18-00 radələrində mülki vətəndaşların zirzəmilərə getməsi xəbərdarlığı edilib. Xəbərdarlıq bütün şəhər boyu elan edilib. 

 Bəzi mənbələrin verdiyi məlumata görə, axşam saatlarında Rusiya tərəfi həlledici hücuma keçəcək. Ehtimal edilir ki, rus xüsusi təyinatlılar prezident sarayına basqın edəcək.