Bakı 13˚C Intermittent clouds

Kiyevdə 450 min ev işıqsız qaldı

Gündəm 11:39 04 noy, 2022
Kiyevdə 450 min ev işıqsız qaldı

“Ukrayna paytaxtı Kiyevdə 450 min ev işıqsız qalıb”.

Qazet.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb. 

Onun sözlərinə görə, bu, əvvəlki günlər olduğundan 1,5 dəfə çoxdur. 

Onun fikrincə, elektrik enerjisinin kəsilməsi ölkənin enerji sisteminin mərkəzi qovşağının həddən artıq yüklənməsi səbəbindən baş verir.

Kliçko paytaxt sakinlərini maksimum dərəcədə elektrik enerjisinə qənaət etməyə çağırıb və bildirib ki, vəziyyət çətin olaraq qalır. 

Xatırladaq ki, Rusiyanın mütəmadi olaraq Ukrayna ərazisini atəşə tutması nəticəsində ölkə üzrə bir neçə infrastruktur obyekti zədələnib.