"Kiyevdə elektrik enerjisi tam kəsilərsə..." - Kliçko
Gündəm
02:06 03 dek, 2022
Rusiyanın zərbələri nəticəsində Kiyevdə elektrik enerjisi tamamilə kəsilərsə, metro qatarlarının hərəkəti dayanacaq, yeraltı stansiyalar sığınacaq kimi istifadə ediləcək.
Qazet.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.
"45 yeraltı metro stansiyası insanların müvəqqəti yaşayış yeri və həyəcan siqnalı zamanı sığınacaq kimi fəaliyyət göstərəcək. Stansiyalara giriş pulsuz olacaq", - mer bildirib.