Bakı 31˚C Sunny

Kiyevdə küçə döyüşləri başladı

Gündəm 11:09 26 fev, 2022

 Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir

Kiyevdə küçə döyüşləri başladı

Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Qazet.az xəbər verir ki, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir. 

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.