Bakı 7˚C Cloudy

Kiyevdə Zelenskiyə qarşı aksiya keçirildi

Gündəm 01:14 11 okt, 2021

Aksiyanın sonunda dövlət himni oxunub.

Kiyevdə Zelenskiyə qarşı aksiya keçirildi

Ukraynanın paytaxtı Kiyevdə hazırkı hökumətin siyasətindən narazı olan vətəndaşlar mitinq keçiriblər.

Qazet.az xəbər verir ki, etirazçılar Prezident Vladimir Zelenskinin iqamətgahı önündə məşəl yandırıblar.

Onlar mikrofonda Zelenski də daxil olmaqla hakimiyyətin fəaliyyətinə qarşı çıxış ediblər. Aksiyanın sonunda məşəl və tüstü bombaları yandırılıb. Prezident iqamətgahını qoruyan polis etirazçılara müdaxilə etməyib. Aksiyanın sonunda dövlət himni oxunub.