Bakı 4˚C Windy

Kiyevdən Qərbə enerji böhranından çıxmaq üçün təklif

Gündəm 23:36 20 noy, 2021

Biz Ukraynadan istifadə etməyi təklif edirik

Kiyevdən Qərbə enerji böhranından çıxmaq üçün təklif

Ukrayna enerji resursları üçün tranzit ölkə kimi öz məsuliyyətini dərk edir.

Qazet.az xəbər verir ki, bunu ölkənin energetika naziri Herman Qaluşenko bildirib.

"Biz fəal mövqe nümayiş etdiririk və enerji resursları üçün tranzit ölkə kimi məsuliyyətimizi dərk edirik. Biz Avropaya qiymətlərin sabitləşməsinə kömək edəcək zəruri resursları təmin etmək üçün mümkün həll yollarından birini təklif etmişik. Bu, regional enerji təşəbbüsüdür. Biz Ukraynadan istifadə etməyi təklif edirik", - Qaluşenko qeyd edib.