Kiyevi bu məsələdə ittiham etmirik - Polşa
Gündəm
02:44 18 noy, 2022
Heç kim Ukraynanı Polşa ərazisini bilərəkdən bombaladığı iddiası ilə çıxış etmir.
Qazet.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin baş vermiş hadisənin araşdırılmasında iştirakına heç nə mane olmur.
Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Əvvəlcə raketlərin Rusiyaya məxsus olduğu bildirilsə də, araşdırmalardan sonra bunun Ukraynanın hava hücumundan müdafiə sistemlərinə aid olduğu üzə çıxıb.