Bakı 27˚C Windy

Kiyevin vurulması BBC-nin canlı yayımında - VİDEO

Gündəm 16:59 10 okt, 2022
Kiyevin vurulması BBC-nin canlı yayımında - VİDEO

Ukrayna-Rusiya müharibəsində baş verənləri canlı yayımda çatdırarkən partlayışlara tuş gələn jurnalistlərin həyəcanlı anları kameralara düşüb.

Qazet.az xəbər verir ki, partlayış səsini eşidən BBC müxbiri Huqo Baçeqa arxasına baxaraq özünü qorumaq üçün kameradan çıxıb.

Qeyd edək ki, Rusiya ilə Krımı birləşdirən körpünün vurulması ilə gərginliyin pik həddə çatdığı Ukrayna partlayış səslərinə oyanıb.

Paytaxt Kiyevdə uzun müddət yenidən şiddətli partlayışlar qeydə alınıb.