Bakı 4˚C Intermittent clouds

Klinikaya yeni direktor təyin olundu

Cəmiyyət 13:55 11 okt, 2022
Klinikaya yeni direktor təyin olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.

Bu barədə Qazet.az-a ATU-dan məlumat verilib.

Səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.