Bakı 15˚C Mostly sunny

Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb

Cəmiyyət 13:59 13 noy, 2022
Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb

Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.

Mərkəzdən mediaya verilən məlumata görə, məsələnin bu cür ictimailəşdirilməsi qurum tərəfindən dəstəklənir.

"Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.

Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir", - Mərkəzdən bildirilib.