Bakı 17˚C Cloudy

Klublar ən yaxşı baş məşqçi kimdir?

İdman 16:00 09 yan, 2023
Klublar ən yaxşı baş məşqçi kimdir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS ) klublar üzrə 2022-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

Qazet.az qurumun saytına istinadən xəbər verir ki, bu, "Real"ın (İspaniya) çalışdırıcısı Karlo Ançelotti olub. Onun komandası ötən il Çempionlar Liqasının və La Liqanın qalibi olub. 63 yaşlı mütəxəssis bu mükafatı karyerası ərzində 3-cü dəfə alıb.

2-ci yeri Pep Qvardiola ("Mançeser Siti", İngiltərə), 3-cü yeri Valid Reqraqi ("Vidad", Mərakeş) tutub.

"Liverpul"un (İngiltərə) baş məşqçisi Yurgen Klopp isə 4-cü olub.