KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv olub
Biznes
12:40 17 avq, 2022
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ABŞ - Azərbaycan Ticarət Palatasına üzv olub.
Qazet.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-larla bağlı birgə təşəbbüslərin icrasına xidmət edəcək.