KOBİA-nın sədri Abşeron Logistika Mərkəzində yaradılmış şəraitlə tanış olub
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Abşeron Logistika Mərkəzində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olub.
Qazet.az xəbər verir ki, bu barədə sədr Twitter"də məlumat verib.
"Sahibkarların mal və məhsullarının daşınması üçün müasir logistika infrastrukturu, optimal və səmərəli logistika sistemi, bu sahədə xidmət keyfiyyətinin yaxşılaşdırılması vacibdir", - deyə o, qeyd edib.
Sahibkarların mal və məhsullarının daşınması üçün müasir #logistika infrastrukturu, optimal və səmərəli logistika sistemi,bu sahədə xidmət keyfiyyətinin yaxşılaşdırılması vacibdir. Lökbatanda yerləşən #Abşeron Logistika Mərkəzində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olduq. pic.twitter.com/1qpNIcZ0DW
— Orkhan Mammadov (@MammadovOrkh) November 11, 2022