KOBİA sədri Türkiyənin Varlıq Fondunun rəhbəri ilə görüşüb
Siyasət
13:45 18 noy, 2022
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Varlıq Fondunun rəhbəri Arda Ermut ilə görüşüb.
KOBİA-dan Qazet.az-a bildirilib ki, görüşdə KOB subyektlərinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılması, eləcə də potensial investisiya layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.