Bakı 3˚C Cloudy

KOBİA yanında İctimai Şuranın yeni tərkibi

Siyasət 12:15 08 dek, 2022
KOBİA yanında İctimai Şuranın yeni tərkibi

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşması üçün keçirilmiş seçkilər başa çatıb.

Qazet.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.

İctimai Şuraya seçilən üzvlər aşağıdakılardı:

Məmməd Vəliyev Mirzə - “Əlil Sahibkarlar təşkilatı” İB-nin sədri.

Novruzi Fərid Əlibəy oğlu – "Azərbaycan Parəkəndə Geyim İdxalçıları Assosiasiyası” İB-nin İH-nin sədri.

Eminli Tofiq Heydər oğlu – “Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” - İB-nin İH-nin sədri.

Qaraşov Fərhad Arif oğlu - "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İH-nin sədri

Qəhrəmanov Göydəniz İbrahim oğlu – “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İH-nin sədri

İsayev Ramiz Mirqasım oğlu – “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” kommersiya hüquqi şəxslərin ittifaqının İH-nin sədri

Allahyarlı Nihad Vüqar oğlu – “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İH-nin sədri

Aslanov Azər Nüdrət oğlu – “Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Dostiyari Emin Nadir oğlu – “Azərbaycan İçki və Qida Sənayeçiləri Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Hacızadə Kamran Əhməd oğlu – “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Babayeva Səkinə Rəşid qızı – “Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Abdullayev Məhəmməd İzzət oğlu – “Regional İnkişaf” İctimai Birliyinin İH-nin sədri

Hüseyn Büyükfırat – “Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin İH-nin sədri

Balacanov Elvin Paşa oğlu – “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Mustafayev Tural Mirəli oğlu – “İş Adamları Cəmiyyətinin Assosiasiyası” təşəbbü qrupunun rəhbəri.