Koçaryan : "Biz öz suverenliyimizi və vətəndaşlarımızı qoruya bilmirik"
Koçaryan bu mesajı ilə Paşinyana və hökumətə səslənib
Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan Ermənistanın müstəqilliyinin 30 -cu ildönümü münasibətilə mesaj yayımlayıb.
Qazet.az xəbər verir ki, bu barədə News.am saytı xəbər yayıb.
Koçaryan bu mesajı ilə Paşinyana və hökumətə mesajlar verib.
“Bu gün müstəqilliyimizin otuz ili tamam olur, amma bu əlamətdar gündə biz sevinc duyğusunu hiss etmirik. Ağır məğlubiyyətdən, ərazi itkilərindən, suverenliyimizi qismən itirməkdən və minlərlə insann ölümündən sonra bu bayramı ilk dəfədir ki belə qeyd edirik.”
Koçaryan bildirib ki, Ermənistan öz suverenliyini artıq itirib. “Ancaq bu gün biz [yəni Ermənistan] nəinki Qarabağın təhlükəsizliyinin qarantı olmağı dayandırmışıq, həm də öz suverenliyimizi və vətəndaşlarımızı qoruya bilmirik” deyə o vurğulayıb.
-