Bakı 17˚C Mostly sunny

Köçəryan: Tezliklə Ermənistanda erməni qalmayacaq

Gündəm 14:41 13 dek, 2021

İqtisadi artım çox aşağıdır

Köçəryan: <span style="color:red">Tezliklə Ermənistanda erməni qalmayacaq</span>

“Ermənistanda iqtisadi həyat ölüb, ictimai həyat daha da pis vəziyyətdədir. İnsanlar qiymət artımının öhdəsindən gələ bilmirlər. Tezliklə Ermənistanda erməni qalmayacaq”.

Qazet.az xəbər verir ki, bu fikirləri erməni iqtisadçı Akop Köçəryan bölüşüb.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq münasibətlərdə, təhlükəsizlik, müdafiə, sosial sahələrdə və dövlət idarəçiliyində irəliləyişi yoxdur:

“Ən dəhşətlisi odur ki, ermənilərin ümidləri də yoxdur. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf perspektivi əlbəttə ki, olmayacaq. Təəccüblü deyil ki, iqtisadi artım çox aşağıdır. O getdikcə daha da aşağı olacaq” - deyə erməni ekspert bildirib.(axar.az)