"Koçaryan və Serjlə birlikdə cavab verəcəksən" - Erməni vətəndaş Paşinyanı təhqir etdi
Erməni vətəndaş Paşinyanı təhqir edib
Vətəndaş bu gün Nikol Paşinyanın Yerablur hərbi panteonuna səfəri zamanı "Nikol, sən Koçaryan və Serjlə birlikdə uşaqların öldürülməsinə, müstəqilliyin süqutuna görə cavab verəcəksən" deyib.
Qazet.az xəbər verir ki, bu haqda informasiya “Aysor.am” saytında yerləşdirilib.
Mənbə yazır ki, polis onu tez bir zamanda ərazidən uzaqlaşdırıb.
Qeyd edək ki, Nikol Paşinyanın başçılıq etdiyi yüksək vəzifəli şəxslər bu gün Yerablur hərbi panteonunu ziyarət ediblər.
"Yerablur"da jurnalistlərin işi məhdudlaşdırılıb.: ziyarətin foto və video çəkilişinə icazə verilməyib.
Rəsmilərin gəlməsindən əvvəl, ölən və itkin düşən hərbçilərin yaxınları hərbi panteonda olub, jurnalistlərlə söhbət ediblər. Sonra polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onları "Yerablur" ərazisindən çıxarıblar./Bizim.media