Bakı 24˚C Sunny

Kollecdən qovulan çinli qorxusundan 16 il ailəsindən gizlənib

Gündəm 13:28 19 noy, 2021

Çində 39 yaşlı şəxs 16 ildən sonra ailəsinə qovuşub

Kollecdən qovulan çinli qorxusundan 16 il ailəsindən gizlənib

Çində 39 yaşlı şəxs 16 ildən sonra ailəsinə qovuşub.

Qazet.az xəbər verir ki, Vanq soyadlı kişi videooyunlara aludə olduğuna görə, kollec imtahanlarından kəsildiyini etiraf edib.

O, təhsil müəssisəsindən kənarlaşdırılıb və bunu ailəsinə bildirməkədən qorxduğuna görə gizlənməyi qərara alıb.

Son 16 ildə itkin düşmüş sayılan çinlinin atası illərlə onun axtarışlarıyla şəxsən məşğul olub.

Qorxaq “tələbə” anasının qarşısında diz üstə çökərək ağlayıb və üzr istəyərək bağışlanmasını diləyib.