Koloradodakı böyük yanğını qar söndürdü
Gündəm
00:35 03 yan, 2022
Yanğın bölgəsindən 34 min insan təhlükəsiz yerlərə köçürülüb.
ABŞ-ın Kolorado ştatında baş verən yanğın güclü qar yağması nəticəsində sönüb.
Qazet.az xəbər verir ki, yanğın 2500 hektar ərazini əhatə edib və ştat tarixində ən böyük yanğın olub.
Yanğın bölgəsindən 34 min insan təhlükəsiz yerlərə köçürülüb. Fəlakət nəticəsində min evə ziyan dəyib, üç nəfər itkin düşüb, altı yanğınsöndürən isə yaralanıb.