Bakı 9˚C Showers

Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Gündəm 11:47 28 sen, 2021

Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib

Kolumbiya və Peru Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Gününün qeyd olunması şərəfinə Kolumbiyanın paytaxtı Boqota şəhərinin simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Eyni zamanda binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb.

Qeyd edilir ki, Peruda paytaxt Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub.