Bakı 14˚C Mostly cloudy

Kolumbiyada təyyarədən iki gəncin meyiti tapılıb

Xəbərlər 07:09 08 yan, 2023
Kolumbiyada təyyarədən iki gəncin meyiti tapılıb

Kolumbiyanın paytaxtı Boqotadakı El Dorado hava limanında təmir işləri aparılarkən “Avianca” aviaşirkətinə məxsus təyyarənin şassisindən iki cəsəd tapılıb.

Qazet.az xəbər verir ki, bu barədə “TRT WORLD” məlumat yayıb.

Baş Prokurorluqdan açıqlamasına görə, meyitlər 15-20 yaşlarında Afrika əsilli şəxslərə aiddir.

Təyyarəyə sonuncu dəfə dekabrın 27-də texniki qulluq göstərilib.

Açıqlamada meyitlərin dondurulduğu, birində isə yanıq xəsarətlərinin olduğu da bildirilib.