Bakı 5˚C Mostly cloudy

Kolumbiyada torpaq sürüşməsi baş verib, ölənlər var

Gündəm 23:33 03 noy, 2021

Hadisə yerində xilasedicilər işləyir.

Kolumbiyada torpaq sürüşməsi baş verib, ölənlər var

Kolumbiyanın cənub-qərbindəki Malyama bələdiyyəsi ərazisində baş verən sürüşmə nəticəsində azı 14 nəfər ölüb.

Qazet.az xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti məlumat yayıb.

Daha 20 nəfər itkin düşmüş hesab olunur. On nəfər xəsarət alıb, bəziləri xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə son günlər əraziyə yağan güclü yağışlar nəticəsində baş verib.

Hadisə yerində xilasedicilər işləyir.