Komanda-qərargah təlimi keçirilir
Gündəm
15:25 26 okt, 2022

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində N hərbi hissəsinin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Qazet.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin çevik qərar qəbuletmə bacarıqlarını, döyüşü idarəetmə qabiliyyətini artırmaq, həmçinin bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsindən ibarətdir.