Köməksiz qalan azyaşlı xilas edildi
Hadisə
19:29 08 yan, 2022
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub
Lənkəran şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.