Bakı 23˚C Mostly cloudy

Komitə sədri: "Artımlar bütün müavinətləri əhatə edəcək"

Gündəm 13:38 17 noy, 2021

“Onu da qeyd edim ki, artımlar bütün müavinətlər üzrə olacaq”

Komitə sədri: "Artımlar bütün müavinətləri əhatə edəcək"

“Əlilliyə görə pensiyaçıların sayında azalma son illər bu sahədə aparılan islahatlar və şəffalaşma ilə əlaqədardır”.

Qazet.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Onu da qeyd edim ki, artımlar bütün müavinətlər üzrə olacaq”, - o vurğulayıb.