Bakı 6˚C Intermittent clouds

"Kommunikasiyaların blokdan çıxarılması bizim üçün prioritetdir" - Qriqoryan

Siyasət 15:53 19 okt, 2021

Bunu Ermənistanın Baş naziri Mqer Qriqoryan Moskvada səfəri zamanı söyləyib

"Kommunikasiyaların blokdan çıxarılması bizim üçün prioritetdir" - <span style="color:red">Qriqoryan</span>

"Regionda bütün kommunikasiyaların blokdan çıxarılması Ermənistan üçün prioritet məsələdir".
 

Qazet.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Moskva səfəri ərəfəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bölgədəki kommunikasiyaların blokdan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirləri var:


"Bizim nizamlanma və kommunikasiyaların blokadan çlxarılmasının MDB-nin hüquqi tənzimləmələri çərçivəsində aparılacağına dair müəyyən fikirlərimiz və anlayışlarımız var. Avtomobil yollarının açılması məsələlərini də müzakirə etməliyik".


Xatırladaq ki, oktyabrın 20-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin iştirakı ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun növbəti iclasının keçirilməsi planlaşdırılır.

 

Mənbə