Bakı 27˚C Sunny

Kömür qiymətləri rekord həddə çatıb

Biznes 20:56 29 sen, 2021

Bundan bir qədər əvvəl Rusiyanın “Gazprom” dövlət şirkəti Ukrayna üzərindən əlavə qaz tədarükündən rəsmən imtina etmişdi.

Kömür qiymətləri rekord həddə çatıb

Dünya bazarında API-2 CIF ARA indeksli kömürün qiyməti 203 ABŞ dollarınadək yüksəlib. Bu da indiyədək görülmüş ən yüksək həddir.

Qazet.az “Market Watch”a istinadən xəbər verir ki, sentyabrın əvvəlindən bu yana qiymətlər 32 faiz, son bir il ərzində isə 4 dəfəyədək artıb.

Xatırladaq ki, Avropada qazın da qiymətləri bu həftə ilk dəfə olaraq 1000 USD/1000 kubmetr həddini keçib. Bundan bir qədər əvvəl Rusiyanın “Gazprom” dövlət şirkəti Ukrayna üzərindən əlavə qaz tədarükündən rəsmən imtina etmişdi.