Konfrans Liqası: Bu gün bir komanda 1/8 finala vəsiqə qazana bilər
Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər
Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda, qrupun digər görüşünün nəticəsindən asılı olaraq, pley-offa vəsiqəni təmin edə bilər. Sözügedən matçda İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə üz-üzə gələcək.
B qrupunda mübarizə aparan Belçika "Gent"i bu turda 1/8 finala birbaşa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün komanda evdə Serbiya "Partiza"nını məğlub etməlidir.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.
4 noyabr
UEFA Konfrans Liqası, qrup mərhələsi
IV tur
A qrupu
21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - HİK (Finlandiya)
21:45. LASK (Avstriya) - "Alaşkert" (Ermənistan)
Xal durumu: "Makkabi" - 7, LASK - 7, HİK - 3, "Alaşkert" - 0.
B qrupu
19:30. "Flora" (Estoniya) - "Anortosis" (Kipr)
21:45. "Gent" (Belçika) - "Partizan" (Serbiya)
Xal durumu: "Gent" - 9, "Partizan" - 6, "Flora" - 1, "Anortosis" - 1.
C qrupu
21:45. "Zarya" (Luqansk, Ukrayna) - "MOİK-Sofiya" (Bolqarıstan)
00:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)
Xal durumu: "Budyo Qlimt" - 7, "Roma" - 6, "Zarya" - 3, "MOİK-Sofiya" - 1.
D qrupu
21:45. AZ (Niderland) - ÇFR (Kluj, Rumıniya)
21:45. "Randers" (Danimarka) - "Yablonets" (Çexiya)
Xal durumu: AZ - 7, "Yablonets" - 4, "Randers" - 3, ÇFR - 1.
E qrupu
00:00. "Union Berlin" (Almaniya) - "Feyenoord" (Niderland)
00:00. "Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Hayfa, İsrail)
Xal durumu: "Feyenoord" - 7,"Makkabi" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3.
F qrupu
21:45. "Linkoln" (Cəbəllütariq) - "Slovan" (Bratislava, Slovakiya)
00:00. PAOK (Yunanıstan) - "Kopenhagen" (Danimarka)
Xal durumu: PAOK - 7, "Kopenhagen" - 6, "Slovan" - 4, "Linkoln" - 0.
G qrupu
00:00. "Tottenhem" (İngiltərə) - "Vitess" (Niderland)
00:00. "Renn" (Fransa) - "Mura" (Sloveniya)
Xal durumu: "Renn" - 7, "Vitess" - 6, "Tottenhem" - 4, "Mura" - 0.
H qrupu
19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (AZƏRBAYCAN)
21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə)
Xal durumu: "Bazel" - 7, "Qarabağ" - 7, "Omoniya" - 1, "Kayrat" - 1