Konfrans Liqası: Növbəti mərhələyə çıxan daha 4 komanda məlum oldu
UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun daha 8 oyunu keçirilib.
Qazet.az xəbər verir ki, E, F, G və H qruplarındakı matçlardan sonra pley-offa vəsiqə qazanan növbəti komandalar bəlli olub.
F qrupunda Belçikanın “Gent”, G qrupunda Rumıniyanın ÇFR, H qrupunda isə İsveçrənin “Bazel” və Slovakiyanın “Slovan” (Bratislava) klubları adını növbəti mərhələyə yazdırıb.
Bunadək isə Türkiyənin “Başakşehir” və “Sivasspor”, İtaliyanın “Fiorentina”, İngiltərənin “Vest Hem”, İspaniyanın “Vilyarreal”, Niderlandın “AZ Alkmaar”, Ukraynanın “Dnepr-1” və İsveçin “Yurqorden” komandaları qrupdan çıxmağı təmin ediblər.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
3 noyabr
A qrupu
RFŞ (Latviya) - “Fiorentina” (İtaliya) - 0:3
“Başakşehir” (Türkiyə) - “Harts” (Şotlandiya) - 3:1
E qrupu
“Apollon” (Limassol, Kipr) - “Vaduts” (Lixtenşteyn) - 1:0
“AZ Alkmaar” (Niderland) - “Dnepr-1” (Ukrayna) - 2:1
F qrupu
“Yurqorden” (İsveç) - “Şemrok Rovers” (İrlandiya) - 1:0
“Gent” (Belçika) - “Molde” (Norveç) - 4:0
G qrupu
“Slaviya” (Praqa, Çexiya) - “Sivasspor” (Türkiyə) - 1:1
ÇFR (Rumıniya) - “Balkani” (Kosovo) - 1:0
H qrupu
“Jalgiris” (Litva) - “Slovan” (Bratislava, Slovakiya) - 1:2
“Pünik” (Ermənistan) - “Bazel” (İsveçrə) - 1:2