Bakı 22˚C Partly sunny

Konfrans Liqası: "Qarabağ" 10 məğlubedilməz komandadan biridir

Gündəm 15:44 22 okt, 2021

Sözügedən kollektiv B qrupunda keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb

Konfrans Liqası: "Qarabağ" 10 məğlubedilməz komandadan biridir

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Qazet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, aktivində 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçika "Gent"indən geri qalır. Sözügedən kollektiv B qrupunda keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb.

Siyahıda "Qarabağ" və "Gent"lə yanaşı, Avstriyanın LASK, İsveçrənin "Bazel", Norveçin "Budyo Qlimt", İsrailin "Makkabi" (Təl-Əviv), Fransanın "Lill", Yunnıstanın PAOK, Niderlandın "Feyenoord" və AZ klubları da var.

Qeyd edək ki, "Qarabağ" ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.