Konfrans Liqası: "Qarabağ"ın səfər proqramı açıqlanıb
Gündəm
11:14 01 noy, 2021
Kollektiv noyabrın 2-də saat 15:15-də yola düşəcək

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat"ın qonağı olacaq "Qarabağ"ın səfər proqramı bəlli olub.
Qazet.az xəbər verir ki, Ağdam təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, kollektiv noyabrın 2-də saat 15:15-də yola düşəcək.
Komanda Almatıda "Rixos Hotel"də məskunlaşacaq. Noyabrın 3-də yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 20:15) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 15 dəqiqə sonra isə açıq məşq təşkil olunacaq.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.