Bakı 6˚C Mostly cloudy

Konfrans Liqasında 4-cü tur başlayır

İdman 10:05 13 okt, 2022
Konfrans Liqasında 4-cü tur başlayır

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Qazet.az-ın məlumatına görə, Türkiyənin turnirdəki təmsilçilərindən "Başakşəhər" bu tur pley-off vəsiqəni təmin edə bilər. Bunun üçün İstanbul təmsilçisi evdə Latviyanın RFŞ komandasına qalib gəlməli, eyni zamanda, "Fiorentina"nın evdə "Harts"ı məğlub etməsini gözləməlidir.

"Başakşehir"lə yanaşı, daha 4 komanda vaxtından əvvəl 1/8 finala adlaya bilər. B qrupunda "Vest Hem" "Anderlext"i yenəcəyi halda adını növbəti raunda yazdıracaq.

C qrupunda "Vilyarreal" pley-offa çıxmaq üçün "Austriya" (Vyana) klubunu məğlubiyyətə uğratmalıdır. E qrupunda isə "AZ Alkmaar" komandası Kiprdə "Apollon"a qalib gəlsə, qrupdan çıxmağı təmin edəcək.

Nəhayət, F qrupunda İsveç "Yurqorden"i pley-offun bir addımlığındadır. Bunun üçün komanda evdə Belçika "Gent"ini üstələyib, Norveç "Molde"sinin İrlandiyada "Şemrok Rovers" üzərində qələbə qazanmasına ümid etməlidir.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

20:45. "Başakşehir" (Türkiyə) - RFŞ (Latviya)

20:45. "Fiorentina" (İtaliya) - "Harts" (Şotlandiya)

B qrupu

23:00. "Styaua" (Rumıniya) - "Silkeborq" (Danimarka)

23:00. "Vest Hem" (İngiltərə) - "Anderlext" (Belçika)

C qrupu

20:45. "Austriya" (Vyana, Avstriya) - "Vilyarreal" (İspaniya)

23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Lex" (Polşa)

D qrupu

20:45. "Partizan" (Serbiya) - "Köln" (Almaniya)

23:00. "Nitsa" (Fransa) - "Slovaçko" (Çexiya)

E qrupu

20:45. "Apollon" (Limassol, Kipr) - "AZ Alkmaar" (Niderland)

23:00. "Vaduts" (Lixtenşteyn) - "Dnepr-1" (Ukrayna)

F qrupu

20:45. "Yurqorden" (İsveç) - "Gent" (Belçika)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Molde" (Norveç)

G qrupu

20:45. ÇFR (Rumıniya) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Balkani" (Kosovo) - "Sivasspor" (Türkiyə)

H qrupu

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Bazel" (İsveçrə)

23:00. "Jalgiris" (Litva) - "Pünik" (Ermənistan)