Bakı 6˚C Sunny

Konfrans Liqasının oyunları başlayır

İdman 09:55 03 noy, 2022
Konfrans Liqasının oyunları başlayır

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Qazet.az-ın məlumatına görə, VI turun oyunlarından sonra növbəti mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli olacaq.

Hələlik Türkiyənin "Başakşehir" və "Sivasspor", İtaliyanın "Fiorentina", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal", Niderlandın "AZ Alkmaar", Ukraynanın "Dnepr-1" və İsveçin "Yurqorden" komandaları qrupdan çıxmağı təmin ediblər.

Pley-offa adlayacaq digər 8 kollektivin adına isə son turdan sonra aydınlıq gələcək.

UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
3 noyabr

A qrupu

19:30. RFŞ (Latviya) - "Fiorentina" (İtaliya)

19:30. "Başakşehir" (Türkiyə) - "Harts" (Şotlandiya)

B qrupu

00:00. "Styaua" (Rumıniya) - "Vest Hem" (İngiltərə)

00:00. "Silkeborq" (Danimarka) - "Anderlext" (Belçika)

C qrupu

23:00. "Lex" (Polşa) - "Vilyarreal" (İspaniya)

23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Austriya" (Vyana, Avstriya)

D qrupu

00:00. "Partizan" (Serbiya) - "Slovaçko" (Çexiya)

00:00. "Köln" (Almaniya) - "Nitsa" (Fransa)

E qrupu

21:45. "Apollon" (Limassol, Kipr) - "Vaduts" (Lixtenşteyn)

21:45. "AZ Alkmaar" (Niderland) - "Dnepr-1" (Ukrayna)

F qrupu

21:45. "Yurqorden" (İsveç) - "Şemrok Rovers" (İrlandiya)

21:45. "Gent" (Belçika) - "Molde" (Norveç)

G qrupu

21:45. "Slaviya" (Praqa, Çexiya) - "Sivasspor" (Türkiyə)

21:45. ÇFR (Rumıniya) - "Balkani" (Kosovo)

H qrupu

21:45. "Jalgiris" (Litva) - "Slovan" (Bratislava, Slovakiya)

21:45. "Pünik" (Ermənistan) - "Bazel" (İsveçrə)