Bakı 21˚C Mostly sunny

Konqo Demokratik Respublikasında qatar qəzasında onlarla insan həlak olub

Gündəm 01:58 13 mar, 2022

Hadisə yerinə gələn xilasedicilər aşmış vaqonlar altından meyitləri çıxarıblar

Konqo Demokratik Respublikasında qatar qəzasında onlarla insan həlak olub

Konqo Demokratik Respublikasında yük qatarının qəzaya uğraması nəticəsində azı 60 nəfər ölüb.

Qazet.az “Sinxua”ya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Lualaba əyalətinin Lubudi dairəsində ötən gün gecə saatlarında on vaqondan ibarət qatar maili ərazidəki yolda relsdən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə gələn xilasedicilər aşmış vaqonlar altından meyitləri çıxarıblar.

Yerli rəsmilər bildirir ki, ölkədə yük qatarlarına sərnişin mindirmək qadağandır, lakin qaydaya o qədər də əməl olunmur. Dəmir yollarının baxımsız vəziyyətdə olması da qəzaların artmasının səbəbidir.