Bakı 3˚C Mostly cloudy

Konqoda torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb

Hadisə 00:10 23 noy, 2022
Konqoda torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb

Konqo Demokratik Respublikasının (KDR) şərqində güclü yağışın yaratdığı torpaq sürüşmələri nəticəsində azı 11 nəfər ölüb.

Qazet.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, Cənubi Kivu əyalətinin Kamituge kəndinə güclü yağışlar yağıb. Nəticədə su axınları torpaq sürüşməsinə səbəb olub və evlər uçub. Ölənlərlə yanaşı, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Kənddə xilasedicilər dağıntıları təmizləyir, zərərçəkənlərə yardım göstərilir.