Bakı 8˚C Rain

Konsert səhnəsi çökdü: Yaralanan var - FOTO/VİDEO

Maraqlı 10:14 08 sen, 2022
Konsert  səhnəsi çökdü: Yaralanan var - FOTO/VİDEO

Türkiyənin məşhur müğənnisi, Meqastar Tarkanın sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətilə baş tutacaq konserti üçün qurulan səhnə çöküb.

Qazet.az Türkiyə mediasına istinadla xəbər verir ki, səhnənin qurulmasında iştirak edən işçilərdən biri uçan taxta konstruksiyanın altında qalaraq xəsarət alıb.

Yaralı artıq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Tarkanın pərəstişkarları biletsiz keçiriləcək konserti izləmək üçün meydanın ətrafındakı evlərin eyvanlarını 500 dollara, ətrafdakı balıqçı qayıqlarını isə 8 min lirəyə icarəyə götürmüşdülər.