Koreya müharibəsinin başa çatdığı rəsmi şəkildə elan oluna bilər
Gündəm
11:38 14 dek, 2021
Cənubi Koreya liderinin sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar başlamayıb

Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, Çin, ABŞ, Şimali Koreya və Cənubi Koreya Koreya müharibəsinin rəsmi şəkildə başa çatmasını elan edə bilərlər.
Qazet.az-ın məlumatına görə, hazırda bu istiqamətdə danışıqlar başlamayıb. Şimali Koreya isə ABŞ bu ölkəyə qarşı “düşmən siyasət”indən əl çəkəcəyi halda danışıqlara başlamağa hazırdır.
“Biz deklarasiya üzrə müzakirə və ya danışıqlar üçün masa arxasına keçə bilərik. Ümid edirik ki, danışıqlar başlayacaq” - deyə o bildirib.
Xatırladaq ki, 1950-1953-cü ildə baş vermiş Koreya müharibəsi sülh sazişi ilə nəticələnməyib.
Mənbə: Gazeta.ru