Koreya səmasındakı qanunsuz dronlar geri qayıtdı
Siyasət
17:10 27 dek, 2022
KXDR-ə məxsus 5 PUA-nın Seulun hava səmasında qanunsuz uçuş etməsinin ardından dronlar Pyonqyanqa geri qayıdıb.
Qazet.az BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreya ordusu Şimali Koreyanın qarşılıqlı sərhədindən keçdiyi beş pilotsuz təyyarəni vura bilmədiyinə görə üzr istəyib.
Seul xəbərdarlıq atəşi açıb və təyyarəni vurmaq üçün reaktiv təyyarələr və hücum helikopterləri göndərib.
Beş saatlıq təqibə baxmayaraq, pilotsuz təyyarələrin hamısının Şimali Koreyaya qayıtdığı bildirilir.
Cənubi Koreya prezidenti deyib ki, insident ordunun hazırlığının “çox əskik olduğunu” göstərib.
Koreya hökuməti ordunun hazırlıqsız olmasından narazılıq edib.