Bakı 6˚C Sunny

Koreyanın ən məşhur qrupu fəaliyyətini dayandırır - VİDEO

Maraqlı 17:10 17 okt, 2022
Koreyanın ən məşhur qrupu fəaliyyətini dayandırır -  VİDEO

Koreyada və dünyada məşhur pop qrupu BTS Cənubi Koreya ordusuna qoşulmaq üçün fəaliyyətini dayandırır.

Qazet.az xəbər verir ki, yayılan bu məlumat K-pop ulduzlarının hərbi vəzifələrdən azad edilib-edilməməsi ilə bağlı illərlə davam edən mübahisələrə son qoyur.

Cənubi Koreyada 18-28 yaşlı bütün xidmətə yararlı kişilər təxminən 2 il hərbi xidmət etməlidir.

7 BTS üzvünə 30 yaşı tamam olana qədər hərbi xidmətə başlamağı təxirə salmağa icazə verilmişdi. Ən yaşlı Cin hazırda 29 yaşındadır.

Qrupun üzvlərindən ən kiçiyi 24 yaşındadır.

Cənubi Koreya  qonşusu Şimali Koreya ilə. müharibə vəziyyətində olduğu üçün məcburi hərbi xidməti saxlayır.