Bakı 7˚C Intermittent clouds

Körfəz ölkələri OPEC+un neft hasilatını azaltmaq qərarını dəstəkləyib

Gündəm 03:26 17 okt, 2022
Körfəz ölkələri OPEC+un neft hasilatını azaltmaq qərarını dəstəkləyib

Küveyt, Bəhreyn, Oman və İraq OPEC+ sazişində iştirak edən ölkələrin neft hasilatını azaltmaq qərarını dəstəkləyiblər.

Qazet.az vu barədə “Report” KUNA dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.

Küveyt Milli Neft Şirkətinin (KNPC) baş direktoru Şeyx Navaf Səud əl-Sabah dövlətin istehsalçılar və istehlakçılar arasında maraqlar balansını saxlamaq istəyini təsdiqləyib və birləşmə qərarını alqışlayıb.

İraqın dövlət neft şirkəti SOMO hesab edir ki, OPEC+un qərarları iqtisadi göstəricilərə əsaslanır və peşəkar, obyektiv və yekdilliklə qəbul edilir.

Omanın Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, OPEC+un qərarları yalnız bazarda tələb və təklifin reallıqlarına əsaslanır.