Bakı -1˚C Intermittent clouds

Korona xəstəsini aparan təcili tibbi yardım qəza törətdi

Hadisə 20:00 27 dek, 2021

Hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb

Korona xəstəsini aparan təcili tibbi yardım qəza törətdi

Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb.

Qazet.az xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub.

Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.