Koronavirus 5.5 milyondan çox insanın ölümünə səbəb olub
Gündəm
14:10 23 yan, 2022
Braziliyada 23 milyon 931 min 609 yoluxma, 623 191 ölüm halı qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 349 milyon 154 min 897 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun yayılmasının başlanğıcından bugünədək 5 milyon 591 min 717 nəfər dünyasını dəyişib.
Yoluxma və ölənlərin sayına görə liderlik ABŞ-da qalır, burada 70 milyon 497 min 569 yoluxma halı aşkarlanıb, 865 968 xəstə xəstəlikdən dünyasını dəyişib. Hindistanda COVID-19-a yoluxanların sayı 39 milyon 237 min 264, ölənlərin sayı 489 409-a çatıb. Braziliyada 23 milyon 931 min 609 yoluxma, 623 191 ölüm halı qeydə alınıb.