Bakı 18˚C Mostly cloudy

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

Cəmiyyət 09:21 06 noy, 2021

"Ölkədə COVİD-ə yoluxanların sayı bir qədər artıb. Bunu sürətli artım hesab etmək olmaz"

Koronavirus öz-özünə sönəcək: <span style="color:red">Bəs nə vaxtdan? - Həkim AÇIQLADI</span>

Yoluxanların sayında kəskin artım mümkün deyil.

Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.

"Dördüncü dalğanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq olmur. Çünki pandemiyanın başladığı vaxtdan geridə qalan zaman müddətində gördük ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma sayı kəskin azalır, ondan sonra təzədən artanda bu, yeni dalğa kimi dəyərləndirilir. Amma bu dəfə yüngül azalma olandan sonra təhsil müəssisələri, məktəblər açılandan sonra yoluxma sayı yenidən artdı. Hələ yoluxma müəyyən rəqəmlərdə stabil durur.

 

4-cü dalğanın bu gedişlə nə qədər uzanacağını proqnozlaşdırmaq mümkün deyil. Amma düşünürəm ki, kəskin artım da mümkün deyil. Çünki artıq bir hissə yoluxdu, xəstəliyi keçirdi, böyük bir hissə artıq peyvənd olunub və peyvəndləmə prosesi də sürətlə davam etdirilir. Ona görə kəskin epidemioloji vəziyyətin yaranacağı ən azından yaxın vaxtlarda gözlənilmir. 

Köhnə qaydalara görə digər virus infeksiyalarının epidemioloji gedişatlarını nəzərdən keçirsək, bir neçə ildən sonra COVİD 19-un da adi bir virus infeksiyasına dönəcəyini deyə bilərik. Amma onun nə zaman baş verəcəyi biraz bəlli deyil. İnsanlarda kütləvi immunitet formalaşacaq. Ondan sonra əlbəttə ki, infeksiya öz-özünə sönəcək. Biz "Pandemiyaya qalib gəldik" deyəcəyik, amma virus öz-özünə sönəcək".