Koronavirus, qrip və RSV: üç geniş yayılmış xəstəlikləri necə ayırd etməli?
Tipik əlamətlər, əlamətlərin meydana çıxma sürəti, inkubasiya dövrü, pasiyentin yaşı, dostlar və yaxınlar arasında sorğu...
Bir çoxlarımız hazırda öskürəkdən, boğaz ağrılarından və qızdırmadan əziyyət çəkirik, bunlar qış mövsümdə eyni zamanda geniş yayılan üç xəstəliyin əlamətidir.
Bəs koronavirus, qrip və respirator sinsitial virusu (RSV) bir-birindən necə ayırmalı?
Qazet.az xəbər verir ki, bu suala "Detaly" nəşrində dərc edilən məqalədə cavab verilir.
Bədnam koronavirus yox olmaq fikrində deyil, bu azmış kimi, son zamanlarda get-gedə daha çox qrip və RSV halları çoxalıb. Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin oktyabrın əvvəlindən 1843 qripə yoluxma qeydə alınıb, xəstəxanaya yerləşdirilib. Heç də hamı bilmir ki, qrip virusu pnevmoniya və başqa respirator fəsadlar, ürək əzələsinin iltihabı və hətta ölümə səbəb ola bilər. Bu zaman yeganə qorunmaq üsulu qripə qarşı peyvənd olunmaqdır.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 1808 nəfər RSV ilə xəstəxanaya yerləşdirilib. Bu, respirator xəstəlik törədir, xüsusilə körpələr və iki yaşdan aşağı uşaqlarda özünü bronxiolit formasında büruzə verir.
Bu iki xəstəlikdən savayı, koronavirus xəstələrin sayı da gündən-gündən artır. Ötən həftə orta hesabla hər gün 1000 yoluxma hallara qeydə alınıb. Yaxın zamanlarda vəziyyətin yaxşılaşacağına bel bağlamağa dəyməz. Bu gün 12 315 koronavurusa yoluxma halları qeydə alınıb, onlarda 545 nəfəri xəstəxanaya yerləşdirilib.
Bu üç xəstəliyi bir-birindən necə ayırd etməli?
Bu qışın başlıca problemlərindən biri bundan ibarətdir ki, bu xəstəliklər bir-birindən fərqləndirmək çətindir. Çətinləşmiş tənəffüs, öskürək, boğaz ağrısı və qızdırma bütün virusların əlaməti ola bilər. Bəs, bu zaman koronavirus üçün testdən keçməyə dəyərmi?
Bir çox əlamətlərin oxşarlığına rəğmən, hər bir xəstəliyin özünün unikal əlamətləri var.
Biz bunların differensasiyası üçün beş parametrləri seçmişik:
Tipik əlamətlər
Dadın və iybilmə qabiliyyətin itirilməsi, əlbəttə, qrip və RSV-dən daha çox koronavirus üçün səciyyəvidir. Fit səsinə bənzər tənəffüs daha çox RSV-nin ağır forması üçün səciyyəvidir.
Əlamətlərin meydana çıxması sürəti
Qripin əlamətləri, bir qayda olaraq koronavirus və RSV ilə müqayisədə qəflətən meydana çıxır, bu zaman əvvəlcə, adətən, bədən hərarəti kəskin şəkildə yüksəlir. Digər iki xəstəlikdə əlamətlər tədricən inkişaf edir və tədricən pisləşir.
İnkubasiya (gizli) dövrü
Hər üç xəstəliyin inkubasiya dövrü müxtəlfdir, ona görə də yoluxmanın nə zaman baş verdiyini anlamağa çalışmaq belə vacibdir.
Qripin əlamətləri, bir qayda olaraq, yoluxmaqdan şübhələndiyimiz insanla təmasdan təxminən 2 gündən sonra, koronavirusun- təmasdan 3-4 gün sonra, RSV-nin təmasdan 4-6 gün sonra inkişaf edir.
Pasiyentin yaşı
İnsanın yaşı xəstəliyin ağırlıq dərəcəsində mühüm rol oynayır. Çox az ehtimaldır ki, böyük yaşda və sağlam insan RSV əlamətlərindən əzab çəksin, qrip və koronavirus xəstəlikləri isə yaşlı adamlarda daha ağır vəziyyət yarada bilər. RSV-ni körpələr, ağ ciyər xəstəlikləri olan uşaqlar, yaşı 65-dən yuxarı olanlar və ya immun sistemi zəif olanlar daha ağır keçirir.
Dostların və yaxınların arasında sorğu
Sizin həmkarlarınız, dostlarınız və ya ailə üzvlərinizin vəziyyəti sizin xəstəliyinizə ehyam vura bilər. Qrip, koronavirus və RSV yoluxucudur, ona görə də bir qrupda olan insanların eyni xəstəliyə yoluxma ehtimalı böyükdür. Siz bu yaxınlarda qapalı məkanda ad günü məclisində olmusunuz, daha sonra orada iştirak edənlərin çoxunda koronavirus testi müsbət olub? Böyük ehtimalla siz məhz həmin dövrdə xəstələnsəniz, testiniz müsbət olacaq.
Sağlam olun!