Bakı 1˚C Dreary

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Hadisə 13:07 02 dek, 2021

Yaşayış yerini tərk edən iki nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Dekabrın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Qazet.az bu barədə Daxili İşlər Nazirliyindən məlumat əldə edib.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən iki nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.