Bakı 10˚C Intermittent clouds

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Hadisə 14:42 03 dek, 2021

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evli tərk etmiş həmin şəxslərlə izahedici söhbət aparıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Dekabrın 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbət aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıb.